2
İstismar üzrə təlimat
GİRİŞ
Cihazı aldığınıza görə təşəkkür edirik.
İstismardan öncə təlimatla diqqətlə tanış olun. Onun içində cihazın quraşdırılması, işlədilməsi və
istismarı haqqında önəmli bilgi var.
Cihazın gərəkli və təhlükəsiz işləməsi üçün təlimata müraciət etmək üçün onu rahat bir yerdə
saxlayın.
Sizin tərəfinizdən xəbərdarlıqlara və hazırkı təlimata riayət olunmadıqda, istehsalçı buna görə
məsuliyyət daşımır.
Gələcəkdəki işlədilməsi və gələcək sahiblərinə ötürülməsi üçün bütün sənədləri saxlayın.
ENERJİNİN QƏNAƏTİ ÜZRƏ TÖVSİYƏLƏR
• Cihazı yaxşı ventilyasiyalı sərin quru bir yerdə quraşdırın.
• Cihaz quraşdırıldıqda, dondurucu kameranın çevrəsindəki gərəkli ventilyasiyanı təmin etmək üçün
cihazın üstündəki və ətrafındakı məsafə başqa obyektlərədək ən azı 10 sm olmalıdır.
• Qaynar ərzaqları cihazın içinə qoymamışdan öncə onları soyudun.
• Ərzaqları içəri qoyan və içəridən çıxardan zaman dondurucu kameranın qapısını uzun sürə açıq
qoymayın. Qapı nə qədər az açıq olarsa, içində bir o qədər də az buzlar əmələ gələcək.
• Dondurucu kameranın içindəki hərarəti gərəkli səviyyədən aşağı etməyin.
• Ventilyasiya dəliklərini örtməyin.
İstehsalçı öncədən bir bildiriş etmədən zaman-zaman bəzəkliyi,
konstruksiyası, texnologiyası, komplektasiyasını dəyişmək haqqına malikdir
AZ