ATLANT 4424-180N инструкция по эксплуатации онлайн - страница 22


Инструкция ATLANT 4424-180N для устройства холодильник содержит страницы на русском языке.

Размер файла: 2.45 MB. Состоит из 48 стр.


Вы можете скачать pdf файл этой инструкции: Скачать PDF


Предыдущая
Следующая
background image

22

AZE

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

Cәdvәl 1 — Əsas qida әrzaqlarının DK-da saxlanılması müddәtlәri vә 

yerlәşdirilmәsi üzrә tövsiyәlәr

DİQQƏT!  DK-da  xoşagәlmәz  qoxunun  әmәlә  gәlmәsinin 

qarşısını  almaq  üçün  kameranı,  komplektlәşdiricilәri, 

sıxlaşdırıcını,  elәcә  dә  sıxlaşdırıcının  qapıya  bitişdiyi  zonanı 

әsaslı surәtdә yuyun.

7   Ə R Z A Q L A R I N   S A X L A N I L M A S I , 
  D O N D U R U L M A S I   Ü Z R Ə   T Ö V S İ Y Ə L Ə R

7.1 ƏRZAQLARIN SK-DA SAXLANILMASI

7.1.1

 Ərzaqların öz әtirlәrini, rәnglәrini, nәmliklәrini vә tәravәtini 

saxlamaq  üçün  onları  qablaşdırmada  vә  ya  sıx  bağlanmış  qabda 

saxlamaq  lazımdır.  Mayelәrin  sıx  bağlanmış  qabda  saxlanılması 

SK-da  nәmliyin  artmasının  vә  kәnar  qoxuların  әmәlә  gәlmәsinin 

qarşısını alır.

7.1.2

  Qablara  yerlәşdirilmiş  meyvә  vә  tәrәvәzlәr  (yuyulmuş 

meyvә  vә  tәrәvәzlәri  qurutmaq  lazımdır)  qablaşdırılmamış  halda 

saxlanıla bilәr. Bu zaman şüşә rәfin (aşağı) sәthindә kondensatın 

әmәlә gәlmәsi mümkündür.

7.1.3

 Əsas qida әrzaqlarının DK-da saxlanılması müddәtlәri vә 

yerlәşdirilmәsi üzrә tövsiyәlәr cәdvәl 1-dә verilib.

DİQQƏT!  Bitki  yağları  vә  piylәr  soyuducunun  qapılarının 

sıxlaşdırıcılarına  vә  plastmas  sәthlәrinә  düşmәmәlidir,  çünki 

onların dağılmasına sәbәb ola bilәrlәr.

7.2 DONDURULMUŞ ƏRZAQLARIN DK-DA DONDURULMASI 

VƏ SAXLANILMASI

7.2.1

  Soyuqla  emal  üçün  әlverişli  şәrait  yaratmaq  üçün 

dondurulacaq  әrzaqları  porsiyalara  bölüb  paketlәrә  qoymaq 

mәqsәdәuyğundur. Dondurulacaq әrzağın qatı nә qәdәr nazik olarsa, 

әrzağın dondurulması bir o qәdәr intensiv, keyfiyyәti yüksәk vә onu 

saxlama müddәtlәri daha uzundur. Qablaşdırma әrzağa sıx şәkildә 

birlәşmәli vә germetik bağlanmalıdır. 

Dondurulmuş әrzaqları (ev şәraitindә) DK-da saxlama müddәtlәri 

üzrә tövsiyәlәr cәdvәl 2-dә verilib.

DİQQƏT!  İstehsalçının  qablaşdırmada  göstәrdiyi 

dondurulmuş әrzaqları saxlama müddәtlәrinә riayәt edin

.

7.3 QİDA BUZUNUN HAZIRLANMASI

7.3.1

 Buz üçün formanın dörddә üç hissәsini içmәli su ilә doldurun 

vә DK-nın dondurma zonasına qoyun, МХ-2822-ХХ, МХ-2823-ХХ 

modellәrdә - dondurucu şöbәnin yan divarına yaxın qoyun. 

7.3.2

 Formanın altını 5 saniyәlik isti suya qoyub, daha sonra onu 

çevirib azca әysәniz, buz kubiklәri daha asan çıxacaq.

DİQQƏT!  Donub  yapışmağın  qarşısını  almaq  üçün  buz 

kubiklәrini  buz  formasından  çıxarandan  dәrhal  sonra  onları 

ağzınıza  qoymayın  vә  dondurulmuş  әrzaqlara  yaş  әllә 

toxunmayın.

7.4

 Tövsiyә olunmur:

— soyuducuya isti mәhsulları qoymaq. Onları әvvәlcәdәn otaq 

temperaturuna qәdәr soyutmaq lazımdır;

— donu açılmış әrzaqları yenidәn dondurmaq.

8   S O Y U D U C U N U N   İ Ş L Ə M Ə   X Ü S U S İ Y Y Ə T L Ə R İ

8.1

 Əgәr DK-nın vә ya SK-nın tәzәcә bağlanmış qapısı açılmırsa, 

kameranın içәrisindә olan tәzyiqin xarici tәzyiq ilә bәrabәrlәşәcәyinә 

qәdәr 1-3 dәqiqә gözlәmәk vә qapını açmaq lazımdır.

8.2

 Soyuducunun işlәmәsi funksional xarakter daşıyan vә hәr 

hansı bir nöqsanla әlaqәli olmayan sәslәrlә müşayiәt olunur. 

Temperaturun verilmiş sәviyyәdә saxlanılması üçün soyuducuda 

vaxtaşırı kompressorlar işә düşür vә dayanır. Bu zaman әmәlә gәlәn 

sәslәr soyuducuda iş temperaturu qurulana kimi avtomatik olaraq 

daha sakit olur.

Bәzi model soyuducularda kompressor işә düşәndә (dayananda) 

çıqqıltı eşidilә bilәr – bu zaman temperaturun tәnzimlәyici – relesi 

işә düşür.

Şırıltı sәslәri soyuducu agentin soyuducu sistemlәrin borucuqları 

ilә  sirkulyasiyasını  müşayiәt  edir,  cüzi  çırtıltı  isә  materialların 

temperaturun tәsirindәn genişlәnmәsi ilә bağlıdır. 

Cüzi  uğultu  No  Frost  sistemli  soyuducularda  ventilyatorun 

işlәmәsi ilә bağlıdır.

8.3

  Soyuducunun  istismarı  prosesindә  әlavә  sәs  mәnbәlәri 

әmәlә gәlә bilәr.

Sәsin güclәnmәsinә komplektlәşdiricilәrin (şüşә rәflәrin, tutumların 

vә s.) sәhv quraşdırılması vә ya tutumların soyuducuda yerlәşdirilmiş 

әrzaqlarla  toxunması  sәbәb  ola  bilәr.  Sәsi  komplektlәşdiricilәri 

yenidәn quraşdırmaqla vә ya tutumların bir biri ilә toxunmasını aradan 

qaldırmaqla azaltmaq olar.

Sәsin mәnbәyi hәmçinin soyuducunun elementlәri (kondensator, 

borucuqlar, naqillәr, әrimiş suyun axıtma sisteminin elementlәri) ola 

bilәr,  әgәr  nәqletmәdәn  (yerini  dәyişdikdәn  vә  ya  tәmizlәdikdәn 

sonra  sәhv  quraşdırıldıqdan)  sonra  onlar  bir  biri  ilә  toxunurlar. 

Soyuducunun elementlәrinin vәziyyәtini tәnzimlәmәklә vә ya onları 

düzgün  quraşdırmaqla,  soyuducunun  işlәdiyi  zaman  gәlәn  әlavә 

sәslәri aradan qaldırmaq olar.

8.4

 Kondensatın әmәlә gәlmәsinin qarşısını almaq üçün DK-nın 

qapısının  perimetri  üzrә  soyuducunun  şkafı  vә  ya  МХМ-2808-ХХ,

 

МХМ-2819-ХХ,  МХМ-2826-ХХ,  МХМ-2835-ХХ,  ХМ-3101-ХХХ 

modellәrindә köndәlәn zona (bax әlavәyә) qızır.

Qızma  temperaturu  әtraf  mühitin  temperaturundan,  DK-

da  saxlanılan  әrzaqların  miqdarından,  elәcә  dә  kondensatorun 

çirkliliyindәn  asılıdır.  Soyuducunun  işlәmә  prosesi  zamanı  qızma 

temperaturunun artması nasazlıq deyildir.

DİQQƏT!  Ən  az  ildә  bir  dәfә  şәkil  9-a  uyğun  olaraq 

soyuducunu otağın divarından aralayıb tozsoranla soyuducunun 

arxa  divarını  vә  kondensatoru  tәmizlәyin.  Kondensatorun 

üzәrindә tozun әmәlә gәlmәsi elektrik enerji sәrfini artırır.

8.5

  Elektrik  şәbәkәsindә  gәrginliyin  enib-qalxması  zamanı 

soyuducu işçi gәrginlik bәrpa olunduqdan sonra vaxtda ola bilәcәk 

lәngimәlәrlә işә düşür.

8.6

  Soyuducuda  sıxılma  verәn  istilikkeçirici  material  – 

penopoliuretan – istifadә olunur. Penopoliuretanın sıxılması sәbәbi ilә 

soyuducunun üzәrindә әmәlә gәlә bilәcәk cüzi әyriliklәr soyuducunun 

işlәmәsinә tәsir etmir vә istilikkeçirmә qabiliyyәtini zәiflәtmir.

9   S A X L A M A   V Ə   N Ə Q L E T M Ə   Q AY D A L A R I

9.1

  Qablaşdırılmış  soyuducu  tәbii  havalandırması  olan  nisbi 

rütubәti 80 % çox olmayan qapalı yerlәrdә saxlanılmalıdır.

9.2

 Əgәr soyuducu uzun müddәt işlәnmәyәcәksә, onu elektrik 

şәbәkәsindәn ayırıb bütün әrzaqları çıxarmaq, DK-nın donunu açmaq, 

kameraları tәmizlәmәk lazımdır. Tәmizlәmәdәn sonra qapıları azca 

açıq saxlamaq lazımdır ki, kameralarda qoxu әmәlә gәlmәsin.

9.3

 Soyuducunu işlәk (şaquli) vәziyyәtdә möhkәm bәrkidib hәr 

növ örtülü nәqliyyat vasitәsi ilә nәql etmәk lazımdır.

Yüklәmә-boşaltma işlәri zamanı soyuducunu zәrbә yaradacaq 

yüklәmәlәrә mәruz qoymaq 

QADAĞANDIR

.

DİQQƏT!  Soyuducunun  qapılarını,  qapılarının  qulplarını, 

dekorativ hissәlәri (әgәr varsa)sındırmamaq üçün onlardan tutub 

soyuducunun yerini dәyişmәyin.

Ərzaqlar

Saxlama 

müddәti, sut.

SK-da yerlәşdirilmәsi

Çiy әt, tәzә balıq, 

qiymә

1- dәn 2 

qәdәr

Aşağı rәfdә (әn soyuq yer)

Kәrә yağı, pendir 

(növündәn asılı olaraq)

5- dәn 7 

qәdәr

Baryer-rәflәrdә vә ya qapıdakı 

tutumlarda vә yaxud orta rәfdә

Süd, qaymaq, kefir

1- dәn 3 

qәdәr

Baryerlәrdә vә ya qapıdakı 

tutumda vә yaxud SK-da orta 

rәfdә 

Yumurta

10

Baryer-rәflәrdә vә ya qapının 

panelindәki tutumlarda

Tәrәvәz, meyvә

10 qәdәr

Qablarda (tәrәvәz vә meyvә 

üçün)

Cәdvәl 2 — Dondurulmuş әrzaqları DK-da saxlama 

(ev şәraitindә)müddәtlәri üzrә tövsiyәlәr 

Ərzaqlar

Saxlama müddәti, ay

Tәzә balıq, dәniz mәhsulları 

3 aya qәdәr

Kәrә yağı, pendir (növündәn asılı 

olaraq), bişirilmiş mәmulatlar 

6 aya qәdәr

Çiy әt, quş әti

9 aya qәdәr

Tәrәvәz, meyvәlәr, gilәmeyvәlәr

12 aya qәdәr


Что удобнее для чтения книг?

Планшет
Электронная книга
Смартфон
Книга в бумажном переплёте
Не читаю книг

QR код manualbase.ru
©  2010- ManualBase.ru